Portuqaliyanın paytaxtı Lissabon şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.
Apasport.az saytının məlumatına görə, 45 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq yarışda Azərbaycanı 9 cüdoçu təmsil edir.
Qitə çempionatının ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb. Azərbaycan cüdoçusu Kəramət Hüseynov 1/16 finalda Nikolae Foka (Moldova), 1/8 finalda Mihraz Akkusu (Türkiyə) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda ispaniyalı Fransisko Garrigos ilə dueldən məğlub ayrılıb.
Təsəlliverici görüşdə İtaliya təmsilçisi Angelo Pantano ilə üz-üzə gələn Kəramət mübarizədən qalib ayrılıb.
60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bolqarıstanı təmsil edən Yanislav Gerçevlə qarşılaşıb. Rəqibinə qalib gələn Kəramət Hüseynov Avropa çempionatının bürünc medalını qazanıb. Bu gün mübarizəyə qoşulan digər 2 idmançımız - Orxan Səfərov və Nicat Şıxəlizadə (hər ikisi 66 kq) ikinci mərhələdə mübarizəni dayandırıblar.
Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır