Tokio-2020 Yay Olimpiya Oyunları tamaşaçısız keçirilə bilər.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Paralimpiya Komitəsi (BPK), Yaponiya hökuməti, Tokio meri və turnirin Təşkilat Komitəsi nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bu məsələ müzakirə olunub.
Təşkilat Komitəsinin sədri Haşimoto Seyko koronavirusun yenidən yayılmasını səbəb kimi göstərərək, yarışların tamaşaçısız keçirilməsini təklif edib. BOK prezidenti Tomas Bax indidən belə bir qərar verməyin erkən olduğunu bildirib. Tərəflər məsələ ilə bağlı son qərarın iyunda verilməsini razılaşdırıblar.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan Olimpiada 23 iyul – 8 avqust aralığında keçiriləcək.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub