Azərbaycan tarixdə ilk dəfə Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq.
Apasport.az saytının məlumatın görə, milli komandamızın lideri Edi Reski Dviçayo lisenziya uğrunda gərgin mübarizədə kişi badmintonçuların şəxsi yarışında bu yay Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb.
Olimpiya Təsnifat Reytinqində 31-ci olan Edi Olimpiadaya lisenziyanı təmin edib. Yekun siyahı iyunun 15-də Dünya Badminton Federasiyası tərəfindən açıqlanacaq.
Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 24-ə çatıb.
Badmintonçumuzdan öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçiləri Rafiq Hüseynovla (77 kq) İslam Abbasov (87 kq), qadın güləşçilər Mariya Stadniklə (50 kq), Elis Manolova (68 kq), boksçu Tayfur Əliyev (57 kq), taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO