Azərbaycan sablyaçısı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən “Satellite” turnirində gümüş medal qazanıb.
Qılıncoynatma Federasiyasından APA-ya verilən məlumata görə, qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran idmançı uğurlu çıxışını finaladək davam etdirib.
Lakin həlledici qarşılaşmada gürcüstanlı Lika Jijieşvili ilə üz-üzə gələn A. Başta 12:15 hesabı ilə uduzaraq, ikinci yerlə kifayətlənib.
Digər milli üzvü Valeriya Bolşakova isə turnirin 1/4 final mərhələsinə kimi irəliləməyi bacarıb. O, yarımfinala gedən yolda A. Baştanın üstələdiyi bolqarıstanlı Yoana İliyevaya 6:15 hesabı ilə məğlub olub.
Sevil Bünyatova və Səbinə Kərimova 1/8 finaladək irəliləyə biliblər. Onlar müvafiq olaraq, argentinalı Maurise Perez və türkiyəli Selin Unludağa uduzublar (hər ikisi 10:15). Aysel Əhədova isə 1/16 finalda turnirin qalibi Lika Jijieşviliyə (Gürcüstan) 9:15 hesabı ilə məğlub olub.
Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrupda 4 qələbə qazanmaqla pley-offa yüksəlib. 1/16 finalda küveytli Bandar Alşamlanı 15:14 hesabı ilə məğlub edən idmaçı 1/8 finalda bolqarıstanlı İvan Mandova uduzub - 10:15.
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub