
Şpaqa üzrə kişilərdən ibarət Azərbaycan millisi Almaniyanın Haydenhaym şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir.
Azərbaycan Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirin ilk günündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.
Şpaqaçılarımızdan qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Kənan Əliyev pley-off mərhələsinin ilk görüşündə Mərakeş təmsilçisi Houssam Elkorda 15:11 hesabı ilə qalib gəlib. O, “64-lüy”ə yüksəlmək üçün keçirilən görüşdə Cənubi Koreya idmançısı Sonq Jae Hoya 11:15 hesabı uduzub.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov isə pley-offda Ukrayna idmançısı Maksim Xvorosta 9:15 hesabı ilə məğlub olub.
Qrupda cəmi 1 qələbəsi olan Xalid Əliyev və Barat Quliyev isə mübarizəni erkən dayandırıb.
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub