“Formula-1” üzrə dünya çempionatında 2021-ci il mövsümünün yürüşlərinin başlama vaxtı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Bakıda təşkil olunacaq Qran-Pri çərçivəsindəki yürüşlərin də start saatı bəlli olub.
İyunun 6-da təşkil olunacaq Azərbaycan Qran-Prisi ənənəyə uyğun üç gün davam edəcək. Əsas yarışdan iki gün öncə pilotlar iki sınaq yürüşünə çıxacaqlar.
Onlar iyunun 4-də əvvəl 13:30-dan 14:30-a, sonra isə 17:00-18:00 aralığında sürətini sınayacaqlar. Ertəsi gün daha bir sınaq yürüşü keçiriləcək. Bu, saat 14:00-15:00 aralığını əhatə edəcək.
İyunun 5-də saat 17:00-18:00-da təsnifat yürüşü baş tutacaq. Həlledici yarış isə ayın 6-da saat 16:00-da start götürəcək.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar