Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ilə start verəcək.
Apasport.az saytının məlumatına görə, bu gün Bakıda başlayacaq turnir iki gün davam edəcək.
30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Milli Gimnastika Arenasında baş tutacaq yarışın ilk günü təsnifat, ikinci günü final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Azərbaycan turnirdə iki idmançı ilə təmsil olunacaq. Milli üzvlərindən Selcan Mahsudova batut, Fərid Mustafayev tamblinq növündə mübarizə aparacaq.
Qeyd edək ki, ötən il Bakıda keçirilmiş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli olub. 2018-ci ildə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. 2021-ci ildə isə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya çempionatı təşkil ediləcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"