Belçika yığmasının AVRO-2020 üçün iştirak ərizəsi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Roberto Martines 26 nəfərlik siyahını açıqlayıb.
Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, 7-si isə hücumçudur. Çalışdırıcı eyni zamanda 11 nəfərdən ibarət ehtiyat qüvvə də müəyyənləşdirib.
Qapıçılar: Tibo Kurtua, Simon Minyole, Matz Sels;
Müdafiəçilər: Tobi Alderveyreld, Dedrik Boyata, Ceyson Denayer, Tomas Vermalen, Yan Vertongen, Timoti Kastanye, Tomas Menye;
Yarımmüdafiəçilər: Kevin De Bruyne, Leander Dendonker, Dennis Praet, Yuri Tilemans, Hans Vanaken, Aksel Vitsel, Yannik Karrasko, Naser Şadli, Torqan Azar;
Hücumçular: Ceremi Doku, Eden Azar, Dris Mertens, Leandro Trossard, Mişi Batşuayi, Kristian Benteke, Romelu Lukaku.
Ehtiyat oyunçular: Tomas Kaminski, Aleksis Saelemakers, Sambi Lokonqa, Brayan Heynen, Tomas Foket, Adnan Yanuzay, Brandon Mekele, Cordan Lukaku, Zinyo Vaneusden, Yari Verşaren, Çarles de Ketelare.
Qeyd edək ki, Belçika millisi AVRO-2020-də Danimarka, Finlandiya və Rusiya ilə B qrupunda mübarizə aparacaq.