Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
Apasport.az saytının məlumatına görə, yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Monqolustan və Qırğızıstan yığmaları qüvvələrini sınayıblar.
Turnirə baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 12 boksçu ilə qatılan milli komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Yığmamızın heyətində Kamil Babayev (52 kq), Zaur Qəhrəmanov (57 kq) və Murad Məhərrəmov (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlardan fərqli, finalda məğlub olan Tural Sarıyev (50 kq) ikinci yeri tutub.
Digər boksçularımızdan Elgün Babayev (48 kq), Taci Tağızadə (57 kq), Rza Rzazadə (70 kq) və Nicat Qurbanov (66 kq) bürünc medalla kifayətləniblər.
Təmsilçilərimizdən çempion tituluna yiyələnən Zaur Qəhrəmanov daha bir nominasiyada mükafatlandırılıb. Astara boks məktəbinin yetirməsi turnirin ən texnikalı boksçusu seçilib.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"