DÇ-2019: Atletlərimizin mundiala qoşulacağı gün dəqiqləşdi
17.09.2019 - 10:10
DÇ-2019: Atletlərimizin mundiala qoşulacağı gün dəqiqləşdi

Sentyabrın 18-dən 27-dək Tailandın Pattaya şəhərində ağırlıqqaldırma üzrə keçiriləcək dünya çempionatında Azərbaycan idmançılarımın körpücük üzərinə çıxacaqları vaxt dəqiqləşib. 

APA-nın məlumatına görə, yığmanın heyətində mübarizəyə öncə Səbinə Əzimova qoşulacaq. 

55 kq çəki dərəcəsində qüvvəsini sınayacaq atlet C qrupunda sentyabrın 19-da podiuma çıxacaq. Ondan 2 gün sonra Boyanka Kostova (59 kq) hansı gücdə olduğunu nümayiş etdirəcək. O, A qrupunda yer alacaq. 

Millinin heyətində son olaraq Nailxan Nəbiyev yarışa qoşulacaq. 96 kq-da qüvvəsini sınayacaq idmançı D qrupunun iştirakçıları sırasına daxil edilib. 

Qeyd edək ki, dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) körpücük üzərinə çıxacaq. 

ağır atletika dünya çempionatı Asif Məmmədov