Gələn ilin yayında keçiriləcək AVRO-2020-nin oyunlarına azarkeşlərin cəlb olunması real görünmür.
Apasport.az saytının məlumatına görə, bunu Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Oliver Dauden deyib.
O bildirib ki, “Uembli” stadionunda keçirilməsi nəzərdə tutulan həlledici qarşılaşmaların boş tribunalar önündə təşkili daha inandırıcıdır. Nazir koronavirus pandemiyasının sürətlə yayılması səbəbindən həmin matçlara azarkeşlərin buraxılmasını riskli hesab edir: “Bu virusu və gözlənilməzliyini nəzərə alsaq, heç bir zəmanət verə bilmərəm. Ancaq təhlükəsiz olarsa, əlbəttə ki, bunu reallaşdırmaq üçün çalışacağıq”.
Qeyd edək ki, Bakı da daxil olmaqla 12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilin iyun-iyul aylarına təxirə salınıb. Ancaq qitə birinciliyinin bir ölkənin 4 stadionunda təşkili variantı müzakirə edilir.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib