Danimarka hökuməti AVRO-2020 ərəfəsində koronavirus pandemiyası ilə əlaqədar xarici vətəndaşların ölkəyə girişini məhdudlaşdırıb.
Apasport.az xəbər verir ki, bu barədə Danimarka konsulluğunun saytında məlumat verilib.
Rusiya yüksək epidemioloji riski olan ölkələr siyahısına daxil edildiyindən, bu ölkə vətəndaşlarına viza verilməsi məhdudlaşdırılıb. Ruslar Danimarkaya yalnız xüsusi icazə ilə girə bilərlər. Milli komandanın AVRO-2020 matçı üçün Kopenhagenə yollanmasında problem olmasa da, azarkeşlərlə bağlı vəziyyət eyni deyil.
Bu isə Rusiya Futbol İttifaqının (RFİ) narahatlığına yol açıb. RFİ iki komanda arasında qrup mərhələsində keçiriləcək qarşılaşmaya azarkeşlərinin buraxılması üçün həm Danimarka hökumətinə, həm də UEFA-ya müraciət edib.
Qeyd edək ki, AVRO-2020-nin B qrupunun görüşləri məhz bu iki ölkədə keçiriləcək. İyunun 21-də son tur çərçivəsində Rusiya – Danimarka qarşılaşması iyunun 21-də Kopenhagendə baş tutacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək