Danışılmış oyunda ittiham olunur – rus tennisçi
04.10.2020 - 13:27
Danışılmış oyunda ittiham olunur – rus tennisçi

Rusiyalı tennisçi Yana Sizikova danışılmış oyunda ittiham olunur.
 
Apasport.az saytının məlumatına görə, qadın cütlərin reytinqində dünyanın 91-ci raketkası olan tennisçi ilə bağlı istintaq başlayıb.
 
Hazırda davam edən “Rolan Qarros” turnirində ABŞ təmsilçisi Medison Brenql ilə cütdə mübarizə aparan rusiyalı Fransa polisinin şübhələrinə səbəb olub. Sizikovanın yer aldığı cüt 1-ci mərhələdə rumıniyalılar Andrea Mitu və Patrisiya-Mariya Siqə uduzub – 6:7, 4:6.
 
Müstəntiqlər ikinci setin 5-ci qeymində iki dəfə ikiqat səhvə yol verib. Hərçənd həmin vaxt Mitu-Siq cütünün geymdəki qələbə əmsalı cütlərin mübarizəsi üçün inanılmaz əmsallara – bir neçə yüz minə qalxıb.
 
Qeyd edək ki, 25 yaşlı Sizikova WTA kateqoriyalı 1, ITF bayrağı altında 43 turnirin qalibidir.
 

0