Dünyada 73-cü – Azərbaycan boksçusu
21.04.2021 - 11:56
Ağır çəkili peşəkar boksçuların dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidovun da siyahıdakı mövqeyi bəlli olub.
Həvəskarlar arasında üçqat dünya çempionumuz planetin 73-cüsüdür. Peşəkar rinqdə keçirdiyi 4 qarşılaşmada 3 qələbə qazanan və yalnız 1 dəfə uduzan Məcidovun aktivində 228,1 xal var.
Cədvələ Tayson Fyuri başçılıq edir. Böyük britaniyalı 901,6 xala malikdir. Onun həmyerlisi Antoni Coşua 680,9 xalla ikinci, ABŞ boksçusu Deontay Vilder 485,9 xalla üçüncüdür.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
0
0