Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində olublar.
APA-nın yerli bürosunun məlumatına görə, diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış kənd qəbiristanlığı göstərilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildiriblər ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində buğda, arpa əkilib.
H. Hacıyev bildirib ki, bu, yenə də Ermənistanın vandalizminin bir əlamətidir.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar