Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, üçüncü yarış günündə qadınlardan ibarət yığmamızın 3 üzvü mübarizəyə qoşulub.
Millimizin lideri Mariya Stadnik 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbəylə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Bu mərhələdə ukraynalı güləşçiyə də aman verməyən Stadnik finala yüksəlib.
Elis Manolova ilk görüşdə İsveç güləşçisi üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli rəqibinə məğlub olub.
Səbirə Əliyeva startda Estoniya güləşçisinə uduzub.
50 kq
1/4 final: Mariya Stadnik - Yekaterina Poleşçuk (Rusiya) 11:0
1/2 final: Mariya Stadnik - Oksana Livaç (Ukrayna) 10:4
Final: Mariya Stadnik - Miqlena Selişka (Bolqarıstan)
68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç) 10:2
1/4 final: Elis Manolova - Nesrin Baş (Türkiyə) 3:7
76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya) 0:10
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub