
Olimpiya çempionu Fərid Mansurov İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin yeni istifadəyə verilmiş inzibati binasında Olimpiya Çempionlarına həsr olunmuş fəxri lövhədə imzasını çəkib.
APA xəbər verir ki, fəxri lövhə hər bir Olimpiya çempionunun Beynəlxalq Olimpiya Komitəsini ziyarət etdiyi zaman öz nəaliyyətlərini əbədiləşdirməyə imkan yaradır.
Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin İdman idarəsinin rəisi Fərid Mansurov Avropa Milli Olimpiya Komitələrinin Olimpiya Oyunlarına Hazırlığına dair Regional Forumunda iştirak edir. Forum 17-20 sentyabr tarixlərini əhatə edir. Tədbir Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi Fondunun birgə təşkilatçılığı əsasında təşkil olunub. Proqrama əsasən, Tokio-2020 Olimpiya Oyunlarının akkreditasiya, idman qurğuları, nəqliyyat, yaşayış, tibbi xidmət, anti-dopinq və digər sahələrini əhatə edir.
- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib