Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev və Mahir Əmiraslanov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında çıxışını başa vurublar.
APA-nın məlumatına görə, hər iki idmançı təsəlliverici görüşdən də məğlub ayrılıblar.
65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya çempionu H. Əliyev ilk təsəlliverici qarşılaşmasında Əmr Ramazan Hüseynə (Misir) 10:1 hesabı ilə qalib gəlib. Lakin o, növbəti görüşdə Takuto Otoqurodan (Yaponiya) zəif olub – 9:11.
57 kq-da qüvvəsini sınayan M. Əmiraslanov isə ilk təsəlliverici qarşılaşmasında uduzub. Avropa Oyunlarının qalibi monqolustanlı Bexbayar Erdenebatla dueldən məğlub ayrılıb. Hesab 4:4 olsa da, rəqib mərhələ adlayıb.
Nəticədə hər iki pəhləvan həm medaldan, həm də Olimpiya lisenziyasından məhrum olub.
Qeyd edək ki, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Yığmanın heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən isə Mariya Stadnik (50 kq) mundialda həm çempion olub, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Həmçinin Elis Manolova (65 kq) dünya çempionatı 3-cü yerdə bitirib.
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub