“Formula-1” üzrə Azərbaycan Qran-prisinin rəsmi hissəsinin ssenarisi bəlli olub.
Apasport.az saytının məlumatına görə, yarışın himn mərasimində Azərbaycanda beşinci dəfə təşkil olunan mərhələnin konsepsiyası vurğulanacaq və multikulturalizmlə tolerantlıq ideyası əsas götürüləcək.
Dövlət Himnimiz Vətən Müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndiriləcək. Bu zaman Azərbaycan Dövlət Bayrağını tutan müxtəlif millətlərin nümayəndələri trek üzərində dayanacaq. Onlar Bakıda keçirilən beşinci “Formula-1” yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” şəklində dayanacaqlar.
Bu mərasim üçün yaradılan Himnin xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO