Azərbaycan millisinin fiqurlu konkisürəni Yekaterina Ryabova ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun akademiyasını tərk edib.
Apasport.az saytının məlumatına görə, “Plyşenkonun mələkləri”ndən ayrıldığını idmançının özü instaqram səhifəsində açıqlayıb.
Ryabova bundan sonra ilk məşqçisi olmuş atası Aleksey Ryabovun rəhbərliyi altında çalışacaq. 2018/19 mövsümündən Azərbaycan yığmasının şərəfini qoruyan Yekaterina bu addımının səbəbini açıqlamayıb.
Qeyd edək ki, Ryabova Avropa çempionatlarında 2019-cu ildə 12-ci, 2020-ci ildə 6-cı yeri tutub. O, Yeniyetmələrin Olimpiya Oyunlarında 8-ci, yeniyetmələrin dünya çempionatında 10-cu olub.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub