İngiltərə milli komandasının AVRO-2020-yə ilkin iştirak ərizəsi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Qaret Sautqeyt siyahıya 33 futbolçunun adını daxil edib.
Onlardan 4-ü qapıçı, 12-si müdafiəçi, 7-si yarımmüdafiəçi, 10-u isə hücumçudur. Çalışdırıcı yoldaşlıq görüşlərinin ardından 7 nəfəri heyətdən kənarlaşdırmalı olacaq.
Qapıçılar: Din Henderson (“Mançester Yunayted”), Sem Conston (“Vest Bromviç”), Cordan Pikford (“Everton”), Aaron Ramsdeyl (“Şeffild Yunayted”);
Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”), Ben Kiluell, Riis Ceyms (hər ikisi “Çelsi”), Konor Koadi (“Vulverhempton”), Ben Qodfri (“Everton”), Harri Maquayr, Lük Şou (hər ikisi “Mançester Yunayted”), Tiron Minqs (“Aston Villa”), Con Stons, Kayl Uolker (hər ikisi “Mançester Siti”), Kayl Trippier (“Atletiko”), Ben Uayt (“Brayton”);
Yarımmüdafiəçilər: Cud Bellingem (“Borussiya”, Dortmund), Cordan Henderson (“Liverpul”), Cessi Linqard (“Mançester Yunayted”), Meyson Mount (“Çelsi”), Kalvin Fillips (“Lids”), Deklan Rays (“Vest Hem”), Ceyms Uord-Prous (“Sauthempton);
Hücumçular: Dominik Kalvert-Lyuin (“Everton”), Fil Foden, Rahim Sterlinq (hər ikisi “Mançester Siti”), Cek Qriliş, Ollie Uotkins (hər ikisi “Aston Villa”), Meyson Qrinvud, Markus Reşford (hər ikisi “Mançester Yunayted”), Harri Keyn (“Tottenhem”), Bukayo Saka (“Arsenal”), Cedon Sanço (“Borussiya”, Dortmund).
Qeyd edək ki, İngiltərə yığması AVRO-2020-nin D qrupunda Xorvatiya, Şotlandiya və Çexiya ilə üz-üzə gələcək.