Serbiyada keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda ikinci yarış gününə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşçiləri ilk medal günündə 5 dəst mükafatın sahibini müəyyənləşdirib.
Azərbaycan yığmasının iki güləşçisi yarışda son sınağına çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayıb. Görüşdə qırğızıstanlı Balbay Dordokovdan güclü olan (3:0) güləşçimiz yarışı 3-cü yerdə başa vurub.
İslambek Dadov (67 kq) isə final görüşünə çıxıb. Həlledici qarşılaşmayadək bütün rəqiblərini məğlub edən güləşçimiz rusiyalı Nazir Abdullayevlə üz-üzə gəlib. Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə - 1:2 hesabı ilə yenilən İslambek gümüş medal əldə edib.
Qeyd edək ki, sabah daha iki təmsilçimiz Taleh Məmmədov (63 kq) və Beka Kandelaki (130 kq) medallar uğrunda mübarizəni davam etdirəcək. Onlar müvafiq olaraq təsəlliverici və bürünc medal qarşılaşmasına çıxacaq. Yunan-Roma millisinin digər üzvləri - Nihat Məmmədli (60 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) yarışda uğursuz çıxış edib.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar