Karate1 Premyer Liqanın təqvimində dəyişikliklər edilib.
Apasport.az saytının məlumatına görə, bunu Ümumdünya Karate Federasiyası (WKF) açıqlayıb.
Bu dəyişikliklərə koronavirus pandemiyası səbəb olub. Bakıda təşkil olunması planlaşdırılan, lakin məhdudiyyətlər səbəbindən baş tutmayacaq 1-ci mərhələ Türkiyədə keçiriləcək. Turnirə İstanbul ev sahibliyi edəcək. Mövsümün ilk yarışı martın 12-14-də təşkil olunacaq. Yarışla paralel ölkəmizdə keçirilməsi nəzərdə tutulan hakimlər üçün beynəlxalq seminar da İstanbula verilib.
Portuqaliyanın paytaxtı Lissabondakı mərhələ isə ümumiyyətlə ləğv edilib. Bu turnir aprelin 30-dan mayın 2-dək keçirilməli idi.
İstanbuldan sonra karateçilərin növbəti sınağı aprelin 9-11-də Mərakeşin Rabat şəhərində olacaq. Premyer Liqa çərçivəsindəki digər iki yarış ilin ikinci yarısına təsadüf edəcək. Özbəkistan paytaxtı Daşkənd sentyabrın 3-5-də, Rusiyanın Moskva şəhərində isə oktyabrın 1-3-də baş tutacaq.
Qeyd edək ki, 2021-ci il karatenin Olimpiya Oyunlarında debütü ilə əlamətdar olacaq. Yarış baş tutsa, karateçilər avqustun 5-7-də tatamiyə çıxacaq.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar