Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.
Apasport.az saytının məlumatına görə, bu gün keçirilən yarış Juri Vipsin qələbəsi ilə başa çatıb.
11 komandanın pilotları 28 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. “Hitech Grand Prix”in üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. Oskar Pyastri (“Prema”) ikinci, onun komanda yoldaşı Robert Şvartzman üçüncü yeri tutub.
Bu nəticələrdən sonra xallarının sayını 63-ə çatdıran Yuri Vips mövsümün turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Oskar Pyastri aktivindəki 73 xalla lider Quanyu Jouya (“Uni-Virtuosi” – 78 xal) yaxınlaşıb. 3-cü yerdəki Robert Şvartzman isə 66 xala malikdir.
Qeyd edək ki, dünən “Formula-2” üzrə iki sprint yarışı keçirilib. Robert Şvartzman (“Prema”) birinci, Juri Vips (“Hitech Grand Prix”) isə ikinci yarışın qalibi olub.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO