“Özümü yarışa hazır hiss edirdim. Ötən il çempion olmuşdum. Bu il də eyni nəticəni təkrarlamaq istəyirdim. Ancaq müəyyən səbəblərdən qismət olmadı”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) deyib.
Ötən il Romada keçirilən analoji yarışda qızıl medal qazanan həmyerlimiz bu dəfə Varşavada Avropa üçüncüsü olub. Sənan Polşadakı çıxışı barədə Azərbaycan Güləş Federasiyasının saytına danışıb: “Hakimlərin haqsızlığıyla üzləşdim. Məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Ancaq fikrimcə, Türkiyə güləşçisiylə görüşdə rəqibin ilk fəndində xal verilməməliydi. Bu epizoda qarşılaşmadan sonra bir neçə dəfə baxmışam. Üstəlik, parterdə olarkən rəqibə əlavə iki xalın verilməsini də doğru qərar saymıram. Etirazımız da qəbul olunmadı. Bu da mənə psixoloji cəhətdən mənfi təsir etdi. Alınmadı. Ancaq bürünc medal qazana bildim. Buna da şükür”.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub