Bolqarıstanın paytaxtı Sofiya taekvondo üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) apasport.az saytına verilən məlumata görə, aprelin 8-11-də təşkil olunacaq qitə çempionatına millimiz də qatılacaq.
ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə səfərə bu gün yollanacaq komandamız yarışda 11 idmançı ilə təmsil olunacaq.
G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandost və Elnur Amanovun yetirmələrindən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Payam Qobadi Oğaz (87 kq), Radik İsaev (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq.
Yarışda hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub