Sabah Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək.
Apasport.az saytının məlumatına görə, mayın 7-dək davam edəcək turnirdə 80 ölkədən 411 cüdoçu qüvvəsini sınayacaq.
Azərbaycan millisi turnirə 10 idmançı ilə qatılacaq. Ölkəmizi 7 kişi və 3 qadın cüdoçu təmsil edəcək.
Kişilərin mübarizəsində Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Camal Feyziyev (+100 kq) tatami üzərinə çıxacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) qüvvəsini sınayacaq.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır