Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.
APA-nın xəbərinə görə, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.
UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə “Anri Delone kuboku” da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub