“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!”
APA-nın məlumatına görə, bu tarixi müjdəni Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə verib.
Dövlətimizin başçısı deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”