Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri Qusarda təlim-məşq toplanışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, bu həftənin ilk günlərindən Şahdağda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir.
Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Millinin toplanışında hazırda Budapeştdə keçirilən dünya çempionatına qatılmayan cüdoçular iştirak edirlər. Rüstəm Orucov, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşangi Kokauri və digər cüdoçularımız məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir.
Qeyd edək ki, cüdo üzrə yığmamız qarşıdan gələn mühüm yarışa - Tokio Olimpiya Oyunlarına hazırlaşır.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO