Rafael Ağayev Premyer Liqanın qalibi oldu
16.02.2020 - 20:30
Dubayda keçirilən Karate 1 Premyer Liqa turnirində Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) növbəti uğuruna imza atıb.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı idmançı turnirin qalibi olub.
Dəfələrlə dünya və Avropa çempionu olmuş Ağayev Dubay turnirinin final görüşündə italiyalı Luici Busaya 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, turnirdə iştirak edən digər karateçimiz İrina Zaretska 67 kq çəki dərəcəsində bürünc medala yiyələnib. "Əl Vasl" arenasında baş tutan nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0