Rafael Ağayevlə İrina Zaretskayanın lisenziyası rəsmiləşdi – Tokio-2020
25.05.2021 - 16:27
Rafael Ağayevlə İrina Zaretskayanın lisenziyası rəsmiləşdi – Tokio-2020

Ümumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk 40 vəsiqənin sahibini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qurum hər çəkidə ən yüksək reytinqli 4 idmançının yarışa qatılacağını təsdiqləyib.

Bu “dördlük”də yerini öncədən təmin edən Azərbaycan karateçiləri Rafael Ağayevlə (75 kq) İrina Zaretskayanın da (61 kq) lisenziyası rəsmiləşib.

Tokioda karate üzrə 8 dəst medal oynanılacaq. Kişi və qadınlar katada və kumitenin 3 çəki dərəcəsində mübarizə aparacaqlar. WKF bu 8 növün hər birində reytinq siyahısının 4 ən yaxşısı ilə birlikdə meydan sahibi Yaponiyanın təmsilçilərini də açıqlayıb. 

Bununla da hər növdə qüvvəsini sınayacaq 10 idmançıdan beşi bəlli olub. Hələ sahibini tapmayan 40 yerdən 24-ü iyunun 11-13-də Fransanın paytaxtı Parisdəki təsnifat turnirində dəqiqləşəcək. Digər yerlər isə bölüşdürüləcək. 12 vəsiqə qitə təmsilçiliyinə əsasən sahibini tapacaq. Son 4 lisenziya isə üçtərəfli komissiyanın rəyinə əsasən dəvətnamə şəklində təqdim ediləcək.

0