Sərbəst güləş yığmamız hara gedir? – Tokio-2020-də antirekord
07.05.2021 - 11:12
Sərbəst güləş yığmamız hara gedir? – Tokio-2020-də antirekord

Azərbaycan sərbəst güləş yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında cəmi üç idmançı ilə təmsil olunacaq.

Apasport.az saytının məlumatına görə, ölkəmizi Yaponiya paytaxtında Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.

Onlardan da ikisinin milliləşən legioner olduğunu nəzərə alsaq, Azərbaycan sərbəst güləş məktəbi Tokioya vur-tut 1 vəsiqə qazanıb. Bu da güləşin bu növündəki geriləmədən xəbər verir.

Lisenziyaların ümumi sayı da ürəkaçan durumdan uzaqdır. Müstəqilliyin əldə olunduğu vaxtdan sonra yığmamız heç vaxt bu qədər az sərbəst güləşçinin ümidinə qalmayıb.

Bunadək antirekord 4 təmsilçimizin olduğu Afina-2004-ə təsadüf etmişdi. Bu dəfə isə idmançılarımız mütləq antirekorda imza atdı. Düzdür, bəziləri koronavirus pandemiyası, bu səbəbdən Olimpiadanın da, digər yarışların da təxirə düşməsi, hazırlıq planlarının dəyişməsini səbəb göstərə bilərlər. Amma bütün dünya idmançıları təxminən eyni vəziyyətdə olduğundan bu, səbəb deyil, bəhanə kimi görünür.

Əlbəttə, çəki dərəcələrinin ümumi sayı da azalır. Artıq ikinci dəfədir ki, dördilliyin multiidman yarışında 10, 8 və ya 7 deyil, cəmi 6 kateqoriyada yarış olacaq.

Komandamız da bu 6 çəkidən yalnız üçündə təmsil olunacaq. Bu da 50 faizlik göstəricidir. Elə bu rəqəm də mütləq anrtirekorddur.

İki dəfə, o cümlədən sonuncu dəfə cəmi 5 il öncə bütün çəkilərdə təmsil olunan sərbəst yığmamız 50 faizlik eniş yaşayıb. Bu enişlə sərbəst güləşin növbəti Olimpiadalara necə və neçə nəfərlə gedəcəyi indidən düşünməyə vadar edir.

il

şəhər

çəki dərəcələri

təmsilçi sayı

faiz

1996

Atalanta

10

6

60,00

2000

Sidney

8

6

75,00

2004

Afina

7

4

57,14

2008

Pekin

7

7

100,00

2012

London

7

6

85,71

2016

Rio-de-Janeyro

6

6

100,00

2020

Tokio

6

3

50,00

0