İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, sabah sərbəst güləşçilər mübarizəyə start verəcəklər.
Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığma üzvlərinin ilk rəqibləri müəyyənləşib. 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev birinci görüşünü Ermənistan təmsilçisinə qarşı keçirəcək. Bundan başqa iki güləşçimiz Gürcüstan, ikisi isə Macarıstan idmançısı ilə üz-üzə gələcək.
Yalnız İntiqam Vəzirzadə mübarizəyə 1/4 finaldan başlayacaq. Digərləri isə 1/8 final və təsnifat mərhələsindən yarışa qoşulacaqlar.
57 kq
1/8 final: Əfqan Xaşalov - Valentin Damur (Fransa)
61 kq
1/4 final: İntiqam Vəzirzadə - Hamza Alaca (Türkiyə)
65 kq
1/8 final: Əli Rəhimzadə - Vladimir Xinceqaşvili (Gürcüstan)
70 kq
Təsnifat: Ağahüseyn Mustafayev - Gevorq Mxeyan (Ermənistan)
74 kq
Təsnifat: Hacımurad Hacıyev - Patrik Kriştof Olenjin (Polşa)
79 kq
Təsnifat: Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan)
86 kq
Təsnifat: Abubakr Abakarov - İvars Samusonoks (Latviya)
92 kq
Təsnifat: Aslanbek Alborov - Bendequz Tot (Macarıstan)
97 kq
1/8 final: Nurməhəmməd Hacıyev - Pavel Oleynik (Macarıstan)
125 kq
Təsnifat: Camaləddin Məhəmmədov - Elhad Hukiç (Bosniya və Herseqovina)
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"