Bu gün taekvondo üzrə Azərbaycan milli komandası Bolqarıstana yollanacaq.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız paytaxt Sofiyada təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirinə qaydalara uyğun olaraq üç idmançı ilə qatılacaq.
Mayın 7-8-də baş tutacaq yarışda kişilər arasında Radik İsayev (80 kq), qadınların mübarizəsində isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.
Mayın 9-da parataekvondo üzrə Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri olacaq. Bu yarışda iki kişi və iki qadın həmyerlimiz lisenziya uğrunda döyüşlərə qatılacaq.
Mayın 6-da Bolqarıstana yollanacaq komandamızın heyətində İmaməddin Xəlilov (K-44, 61 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, + 58 kq) yer alacaq.
Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Sofiya şəhərinə yollanacaq.
Qeyd edək ki, taekvondoçularımızdan Milad Beigi Harçeqani (80 kq) artıq Olimpiadaya lisenziyanı təmin edib.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub