Teymur Rəcəbov pley-offda – 6-cı oldu
25.11.2020 - 09:25
Teymur Rəcəbov pley-offda – 6-cı oldu

Onlayn şahmat üzrə “Skillinq open” turnirində təsnifat mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, bir dövrəlik dairəvi sistemlə mübarizə aparan 16 şahmatçı 3 gün ərzində 15 turda qüvvəsini sınayıb.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov son oyun gününü məğlubiyyətsiz başa vurub: 1 qələbə və 4 heç-heçə. Bunun sayəsində xal hesabını 8-ə çatdıran qrossmeysterimiz 6-10-cu yerləri tutan iştirakçılar arasında yer alıb. Əlavə göstəricilərə görə 6-cı olan Rəcəbov pley-offa yüksələn 8 şahmatçı sırasına düşüb: 1. Maqnus Karlsen (Norveç) – 9, 2. Hikaru Nakamura (ABŞ) – 9, 3. Uesli So (ABŞ) – 8,5, 4. Yan Nepomnyaşi (Rusiya) – 8,5, 5. Levon Aronyan (Ermənistan) – 8,5, 6. Teymur Rəcəbov (Azərbaycan) – 8, 7. Maksim Vaşye-Laqrav (Fransa) – 8, 8. Aniş Giri (Niderland) – 8, 9. Alireza Firuzya (İran) – 8, 10. Quanq Lim Le (Vyetnam) – 8, 11. Din Liren (Çin) – 7,5, 12. Santos Quyrati Vidit (Hindistan) – 6,5, 13. David Anton Quiyaro (İspaniya) – 6,5, 14. Peter Svidler (Rusiya) – 6, 15. Sergey Karyakin (Rusiye) – 5,5, 16. Yan—Kşiştof Duda (Polşa) – 4,5.

Qeyd edək ki, 100 min dollar mükafat fondu olan turnir noyabrın 30-da başa çatacaq.

0
Teymur Rəcəbov şahmat