2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarında təşkilatçılar qar istehsal edən maşınlardan yararlana bilərlər.
APA-nın məlumatına görə, hava isti olacağı halda, bu maşınlar işə düşəcəklər.
Azarkeşlərin rahatlığını düşünən yaponiyalılar temperatur 30 dərəcəni keçərsə, süni qardan istifadə edəcək. Sentyabrın 13-də maşınlar sınaqdan keçiriləcək. Test zamanı 2 ton qar istehsal olunacaq.
Təşkilatçılar atletikanın marafon növündə iştirak edən idmançıları da nəzərə alıblar. Bu növdə yarışlar yerli vaxtla səhər saat 6-da başlayacaq. Bu da yarışın isti havaya təsadüf etməməsi üçündür.
Trasın böyük hissəsi xüsusi sintetik örtüklə bağlanacaq. Bu infraqırmızı şüaların qarşısını alacaq və nəticədə örtüyün istiliyi 8 dərəcə aşağı düşəcək.
Qeyd edək ki, Tokio 1964-cü ildə də Yay Olimpiya Oyunlarını qəbul edib. Lakin həmin vaxt yarışlar daha sərin vaxtda - oktyabr ayında keçirilib. Bu dəfə isə iyulun 24-də başlayacaq Oyunlar avqustun 9-da başa çatacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib