Türk Şurası Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib
01.05.2021 - 10:12
Türk Şurası Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə Türk Şurasının "Twitter" hesabında qeyd olunub.
"Türk Şurası daxilində gənclər və idman sahəsində əməkdaşlığın inkişafına böyük töhfələr vermiş gənclər və idman naziri, dəyərli insan Azad Rəhimovun vəfatından kədərləndiyimizi bildiririk. Allahdan ona rəhmət diləyir, ailəsinə və Azərbaycan hökumətinə başsağlığı veririk", - deyə qeyd olunub.
Xatırladaq ki, bir müddətdir, ABŞ-da müalicə olunan A. Rəhimov aprelin 30-da 57 yaşında dünyasını dəyişib.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0