Üçüncü sərbəst yürüş başladı - “Formula-1”
05.06.2021 - 13:00
“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib.
Apasport.az saytının məlumatına görə, sonuncu məşq 1 saat davam edəcək və 14:00-da yekunlaşacaq.
Bu yürüşdən 2 saat sonra isə “Formula-1” pilotları sıralama turuna çıxacaqlar.
Qeyd edək ki, dünən keçirilən hər iki sərbəst yürüşdə “Red Bull” pilotları hamıdan sürətli olublar. Əvvəlcə Maks Ferstappen, daha sonra isə komanda yoldaşı Serxio Peres ən yaxşı göstəriciyə malik olub.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0