İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü tatamiyə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparmalı olan Telman Vəliyev qeyri-müəyyən səbəbdən yarışa qatılmayıb. Onun 1/16 finaldakı rəqibi Lukas Rayter (Avstriya) növbəti mərhələyə yüksəlib. Tatami üzərinə çıxan iki cüdoçumuzun çıxışı isə uğursuz olub.
Kişilər
81 kq
Yığmamızda debüt edən milliləşmiş Zelim Tokayev 1/32 finalda israilli Seqav Ben Haroça qalib gəlsə də, növbəti qarşılaşmada monqolustanlı Said Mollaeiyə uduzub.
Hidayət Heydərov 1/16 finalda rumıniyalı Marsel Serseanı məğlub edib. 1/8 finalda niderlandlı Frank de Vitə uduzan idmançımız mübarizəni dayandırıb.
Qeyd edək ki, yarışın ilk günündə təmsilçilərimizdən yalnız Davud Məmmədsoy (60 kq) mübarizəsini medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz çempion tituluna yiyələnib.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO