Yunan-Roma güləşi üzrə millimiz Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında çıxış edəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız sabah Polşaya yollanacaq.
Komandamız böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə birinciliyinin son 3 günündə mübarizə aparacaq. Məsul yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək. Güləşin bu növü üzrə püşkatma mərasimi aprelin 22-də keçiriləcək.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub