
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
06.03.2025-ci il tarixində I Liqada XVII turun “Difai” – “Baku Sporting” oyununun 86-cı dəqiqəsində “Baku Sporting” klubunun 37 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, “Baku Sporting” klubu 50 manat cərimə edilsin (maddə 36.5);
06.03.2025-ci il tarixində I Liqada XVII turun MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 70 manat cərimə edilsin (maddə 37);
06.03.2025-ci il tarixində I Liqada XVII turun MOİK – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə MOİK komandası 80 manat cərimə edilsin (maddə 51.2);
06.03.2025-ci il tarixində I Liqada XVII turun MOİK – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilsin (maddə 37);
06.03.2025-ci il tarixində I Liqada XVII turun MOİK – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimlər otağına daxil olduğuna görə 3 oyun cəzalandırılsın, “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilsin (maddə 55.2, 1)
07.03.2025-ci il tarixində I Liqada XVII turun “Cəbrayıl” – “Qəbələ” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Cəbrayıl” komandası 80 manat cərimə edilsin (maddə 73.1);
07.03.2025-ci il tarixində I Liqada XVII turun “Cəbrayıl” – “Qəbələ” oyunu xərəkdaşıyan və topdaşıyanlarla vaxtında təmin edilmədiyinə görə “Cəbrayıl” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
07.03.2025-ci il tarixində I Liqada XVII turun “Karvan” – “Zaqatala” oyununun 89-cu dəqiqəsində “Karvan” klubunun 4 nömrəli futbolçusu Kənan Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, “Karvan” klubu 50 manat cərimə edilsin (maddə 42.2);
07.03.2025-ci il tarixində I Liqada XVII turun “Karvan” – “Zaqatala” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
07.03.2025-ci il tarixində I Liqada XVII turun “Karvan” – “Zaqatala” oyununda xərəkdaşıyanlar vaxtında təmin edilmədiyinə, onların yaş həddi pozulduğuna görə “Karvan” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
07.03.2025-ci il tarixində I Liqada XVII turun “İmişli” – “Mingəçevir” oyununda “İmişli” klubunda 6 nəfər sarı vərəqə aldığına görə “İmişli” komandası 70 manat cərimə edilsin (maddə 37);
07.03.2025-ci il tarixində I Liqada XVII turun “İmişli” – “Mingəçevir” oyununun 87-ci dəqiqəsində “İmişli” klubunun 32 nömrəli futbolçusu Rəhim Cəfərli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, “İmişli” klubu 50 manat cərimə edilsin (maddə 36.5);
07.03.2025-ci il tarixində I Liqada XVII turun “İmişli” – “Mingəçevir” oyununun 87-ci dəqiqəsində “İmişli” klubunun 4 nömrəli futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, “İmişli” klubu 300 manat cərimə edilsin (maddə 40.3);
07.03.2025-ci il tarixində I Liqada XVII turun “İmişli” – “Mingəçevir” oyununda Əsasnamənin tələbi pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilsin (maddə 70.1);
05.03.2025-ci il tarixində II Liqada XV turun “Kür-Araz” – “Şəfa” görüşünün 69-cu dəqiqəsində “Kür-Araz” komandasının 22 nömrəli futbolçusu Mirabbas Mirbabayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
05.03.2025-ci il tarixində II Liqada XV turun “Kür-Araz” – “Şəfa” görüşü Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 72.4);
05.03.2025-ci il tarixində II Liqada XV turun “Dinamo” – “Qusar” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 37);
05.03.2025-ci il tarixində II Liqada XV turun “Dinamo” – “Qusar” oyununda “Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” komandası 70 manat cərimə edilsin (maddə 37);
06.03.2025-ci il tarixində II Liqada XV turun “Lerik” – “Hypers Guba” oyununun 80-ci dəqiqəsində “Lerik” komandasının 42 nömrəli futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, “Lerik” komandası 100 manat cərimə edilsin (maddə 41);
06.03.2025-ci il tarixində II Liqada XV turun “Lerik” – “Hypers Guba” görüşündə oyun günü planı pozulduğuna görə “Lerik” komandası 100 manat cərimə edilsin (maddə 77.1);
06.03.2025-ci il tarixində II Liqada XV turun “Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” komandası 70 manat cərimə edilsin (maddə 37);
07.03.2025-ci il tarixində II Liqada XV turun “Füzuli” – “Sheki City” görüşünün 79-cu dəqiqəsində “Füzuli” komandasının 19 nömrəli futbolçusu Elçin Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, “Füzuli” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
07.03.2025-ci il tarixində II Liqada XV turun “Füzuli” – “Sheki City” görüşünün oyunöncəsi iclasında “Sheki City” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Sheki City” komandası 80 manat cərimə edilsin (maddə 73.1).