AFFA "Turan Tovuz"u 3500 manat cərimələyib
05.02.2025 - 12:54
AFFA "Turan Tovuz"u 3500 manat cərimələyib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

31 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XXI turun “Kəpəz” – “Sabah” oyununun 63-cü dəqiqəsində “Sabah” klubunun 40 nömrəli futbolçusu İqor Noqeyra ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Sabah” klubu 500 manat cərimə edilsin (maddə 36.5);

31 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XXI turun “Neftçi” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilsin (maddə 37);

1 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXI turun “Turan Tovuz” – “Səbail” oyununun 45-ci dəqiqəsində “Turan Tovuz” klubunun 40 nömrəli futbolçusu Kauan Martins rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 41);

1 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXI turun “Turan Tovuz” – “Səbail” oyununun 45+3-cü dəqiqəsində “Turan Tovuz” klubunun məşqçisi Ruslan Abışov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Turan Tovuz” komandası 1500 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 42.3, 32);

1 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXI turun “Turan Tovuz” – “Səbail” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

1 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXI turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 37);

2 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXI turun “Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

30.01.2025-ci il tarixində I Liqada XII turun MOİK – “İmişli” oyununda “İmişli” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilsin (maddə 37);

30.01.2025-ci il tarixində I Liqada XII turun MOİK – “İmişli” oyunu bitdikdən sonra “İmişli” klubunun 11 nömrəli futbolçusu Seyxan Fərəcov stadionun əmlakına zərər vurduğuna görə 1 oyun cəzalansın, “İmişli” klubu 100 manat cərimə edilsin (maddə 54.1);

30.01.2025-ci il tarixində I Liqada XII turun MOİK – “İmişli” oyununda MOİK klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilsin (maddə 91);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Karvan” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” klubu 70 manat cərimə edilsin (maddə 37);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Karvan” – “Difai” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” komandası 50 manat cərimə edilsin (maddə 70.1);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Karvan” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Qəbələ” – “Baku Sportinq” oyununda “Qəbələ” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilsin (maddə 91);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” klubu 70 manat cərimə edilsin (maddə 37);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununda “Qaradağ Lökbatan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilsin (maddə 37);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununun 74-cü dəqiqəsində “Qaradağ Lökbatan” komandasının baş məşqçisi Fərid Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilsin (maddə 42.4);

30.01.2025-ci il tarixində I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilsin (maddə 37);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Zaqatala” – “Mingəçevir” oyununun 75-ci dəqiqəsində “Mingəçevir” komandasının 15 nömrəli futbolçusu Elnur Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Mingəçevir” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “Mingəçevir” komandası 150 manat cərimə edilsin (maddə 52.2);

31.01.2025-ci il tarixində I Liqada XII turun “Zaqatala” – “Mingəçevir” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Zaqatala” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

01.02.2025-ci il tarixində Əvəzedicilər liqasında XXI turun “Kəpəz-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

01.02.2025-ci il tarixində Əvəzedicilər liqasında XXI turun “Kəpəz-2” – “Sabah-2” oyununun 15-ci dəqiqəsində “Kəpəz-2” komandasının 83 nömrəli futbolçusu Qəşəm Məmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kəpəz-2” komandası 100 manat cərimə edilsin (maddə 41);

01.02.2025-ci il tarixində Əvəzedicilər liqasında XXI turun “Kəpəz-2” – “Sabah-2” oyununda “Kəpəz-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilsin (maddə 91);

02.02.2025-ci il tarixində Əvəzedicilər liqasında XXI turun “Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

2 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən “Asta” FK – “Qəbələ” İK oyunu bitdikdən sonra “Qəbələ” İK komandasının heyətində 5 nömrəli futbolçusu Emil Təhməzov hakimə fiziki təzyiq göstərdiyinə (əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə kənarlaşdırılmasına görə 10 oyun cəzalandırılsın. (maddə 40.9, 1)

2 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən “Metak” FK – “Turan Tovuz” FK oyununda “Metak” FK komandasının baş məşqçisi Mehman Səfərovun hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

1 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ – “Neftçi” PFK oyununda VƏTƏN İOEUGFMPHŞ komandasının heyətində 25 nömrəli futbolçusu Amirs Bagirovs qarşılaşmanın 72-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)

1 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının heyətində 5 nömrəli futbolçusu Ruslan Quliyevin qarşılaşmanın 72-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)

1 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının heyətində 24 nömrəli futbolçusu Əlipaşa Abdullayevin qarşılaşmanın 78-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

2 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Təhsil 8 N İOEUGİM – “Səbail” PFK oyununda Təhsil 8 N İOEUGİM komandasının heyətində 3 nömrəli futbolçusu Hüseyn Abbaszadənin qarşılaşmanın 70-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Zəngəzur” FK – Araz Baku UFK oyununda “Zəngəzur” FK komandasının heyətində 11 nömrəli futbolçusu Məqsəd Məmmədovun qarşılaşmanın 60-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Amasiya” FK – “Neftçi” İK İB oyununda “Amasiya” FK komandasının heyətində 44 nömrəli futbolçusu İlham Qubadovun qarşılaşmanın 80+2-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.3)

1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Amasiya” FK – “Neftçi” İK İB oyununda komandasının heyətində 20 nömrəli futbolçusu İlham Məmmədlinin qarşılaşmanın 80+2-ci dəqiqəsində “Neftçi” İK İB təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.3)

1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “İmişli” FK – “Şamaxı” FK oyununda “İmişli” FK komandasının heyətində 5 nömrəli futbolçusu Zamiq Xuduyevin qarşılaşmanın 63-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “İmişli” FK – “Şamaxı” FK oyununda İmişli komandasında 25 nömrəli futbolçunun əvəzinə adı protokolda olmayan başqa futbolçu oynadığına görə İmişli komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.2).

1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Kəpəz” PFK – “Turan Tovuz” FK oyununda “Kəpəz” PFK komandasının heyətində 17 nömrəli futbolçusu Yusif Həmzəyevin qarşılaşmanın 70-ci dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

1 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən “Fener Bakı” – “Neftçi” PFK oyununda “Fener Bakı” komandasının koordinatoru Araz Əhmədovun qarşılaşmanın 15-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

1 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən “Zirə” PFK – “Səbail” PFK oyununda “Zirə” PFK komandasının heyətində 16 nömrəli futbolçusu İsmayıl Aslanovun qarşılaşmanın 52-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

1 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən “Ulduz” FA – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının heyətində 44 nömrəli futbolçusu Kamil Bədirxanlının qarşılaşmanın 49-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.1)

2 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan “Ruslan” (Gəncə) –“Gəncəvi” (Gəncə) oyunu “Gəncəvi” (Gəncə) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Gəncəvi” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).

2 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan “Hindarx” (Ağcabədi) –“Pambıqçı” (Bərdə) oyunu “Pambıqçı” (Bərdə) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Pambıqçı” (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).

2 fevral 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Odlar Yurdu” (Sumqayıt) – “Sumqayıt City” FK oyunu “Odlar Yurdu” (Sumqayıt) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutması üçün “Odlar Yurdu” (Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1); Bu hal 3-cü dəfə təkrar olunduğuna görə Odlar Yurdu” (Sumqayıt) komandası yarışdan kənarlaşdırılsın (maddə 63.5);

01.02.2025-ci il tarixində AFFA U13 Qızlar liqasının “Səbail” PFK – “Şəfa” FK oyununun 45-ci dəqiqəsində “Səbail” PFK komandasının baş məşqçisi Etibar Həsənovun təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbilə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

0