"Qarabağ"ın yeni 9 nömrəsi
05.02.2025 - 12:13
"Qarabağ"ın yeni 9 nömrəsi

Xəbər verdiyimiz kimi, "Qarabağ" heyətini sabiq futbolçusu Kadi Borgeslə gücləndirib. 

Apasport.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 9 nömrəli forma ilə çıxış edəcək. 

Buna baxmayaraq, braziliyalı futbolçu yeni mövsümdə əvvəlki - 20 nömrəli formasını bərpa edə bilər. 

Belə ki, bu, hazırda həmin formanı geyinən Riçard Almeydanın qərarından asılıdır. 

Almeyda həmyerlisinin köhnə formasına qayıtması üçün forma nömrəsini dəyişdirməlidir. 

Qeyd edək ki, "Ferensvaroş"dan Kadi Borgesi transfer edən "Qarabağ" futbolçu ilə 4 illik müqavilə imzalayıb.

0