“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı
30.10.2025 - 02:50
“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.
Apasport.az xəbər verir ki, Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
7-ci qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.
- Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda - YENİLƏNİB
- "Futbolçularımız yaxşı təsir bağışladılar"
- Millimiz hazırlığın son mərhələsini Bakıda davam etdirir
- Saşa İliç: "Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik"
- ÇL: "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb
0
0