"Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - Rəsmi
25.01.2026 - 00:13
"Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - Rəsmi

"Turan Tovuz" klubu İngiltərə təmsilçisi "Aston Villa"nın yetirməsi olan Coş Cinnellini transfer edib.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə "1,5+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, Cinelli son olaraq İngiltərə Çempionşipində mübarizə aparan "Suonsi"nin formasını geyinib. Karyerası ərzində vətənində "Şrusberi", "Börnli", "Altrinhem", "Linkoln", "Tranmer", "Uolsol", "Preston", "Bristol Rovers", Şotlandiyada isə "Harts"ın şərəfini qoruyub.