"Şamaxı" Misli Premyer Liqasının 11-ci turunda doğma meydanda "İmişli"yə 1:0 hesabı ilə qalib gəlib.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Azarkeşlərimizə təşəkkür edirəm. Evdə onları sevindirmək istəyirdik. Bu gün qismət oldu. Çətin oyun idi. "İmişli" bu mövsüm hər kəsi təəccübləndirir. I Liqadan Premyer Liqaya çıxıb hər rəqibə qarşı müqavimət göstərmək, xal qazanmaq çempionatı daha da çətinləşdirir. Onlara uğurlar arzulayıram. Bu 3 xal bizim üçün vacib idi. Həm turnir cədvəlində yerimizi möhkəmləndirdi, həm də rəqibdən 1 xal irəli keçdik. Birinci dövrə bitdi. 13 xal "Şamaxı" üçün yaxşıdır. Bəzi oyunlarda itkilərimiz oldu. Bu gün oyun intizamından qopmadıq. İkinci hissədə üstünlüyümüz oldu. Belə oyunlar olur. Belə matçlarda səbr edib nəticəni gözləmək vacibdir. Çempionatda ən vacib qələbələrdən birini qazandıq. Milli fasilədən səmərəli istifadə edib qışa qədər xal ehtiyatımızı artırmaq istəyirik".
- Premyer Liqa: "Şamaxı" "İmişli"ni məğlub edib - YENİLƏNİB
- Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli olub
- Azərbaycan derbisinə doğru: Noyabr
- "Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb
- Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib