Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalandı
01.09.2022 - 15:43
Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalandı

“Qarabağ” azarkeşlərinə görə cəzalanıb.

Apasport.az saytının məlumatına görə, buna Misli Premyer Liqasının IV turunda baş verənlər səbəb olub.

“Qarabağ” – “Şamaxı” oyununda Ağdam klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədilib. Media nümayəndələrinə ünvanlanan təhqirlərə görə “Qarabağ” cərimələnib.

Son çempion fanatları üzündən 4000 manat ödəməli olacaq.

Qeyd edək ki, “Qarabağ” bu görüşdə 4:0 hesabı ilə qalib gəlib.
 

0