Azər Bağırov: "Heç kim yaxşı oyunçusunu bizə verməyəcək"
09.12.2023 - 19:33
Azər Bağırov: "Heç kim yaxşı oyunçusunu bizə verməyəcək"

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 16-cı turunun “Zirə” ilə (0:0) oyunundan sonra mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib. 


Bağırov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
“Maraqlı oyun alındı. Qol olmasa da, mübarizəli oyun keçdi. İlk yarıda qol epizodlarımız var idi. Amma yararlana bilmədik. Yolumuza davam edəcəyik. Bilirik ki, nələrin üzərində daha çox işləməli idi.


- Sizcə, daha səviyyəli hücumçu olsaydı, indi daha yaxşı yerlərdə olardız?
- “Araz-Naxçıvan”neçə illərdir Premyer Liqada deyil. Böyük maneələr yarandı. Klub transfermarkt-də də yox idi. Kimlərinsə, buna girib baxması, işimizə çətinlik yaratdı. İlkin razılıq verən futbolçuların demək olar ki, ikisini gətirmişik. Amma yenə də, həmin futbolçulardan maksimum istifadə edib, bu səviyəyyə gəlib çıxmışıq. Mənim üçün yerli futbolçu çatışmazlığı var. Bu barədə qışda düşünəcəyik. Yaxşı qolçu futbolçu da tapa bilərik. Amma komandamıza ilin əvvəlində istədiyimiz 20 futbolçudan ikisi gəldi. 


- “Araz-Naxçaıvan” debütan olsa da, effektli oynayır. Bu, iştahı artırır?
- Çempionatın liderləri ilə yaxşı mübarizə aparırıq. Uduzmaq lazım olmayanda, uduzduq. Amma yenə də, rəhbərlik tərəfdən, özümüzün düşüncələri, “niyə də yox?”dur. Yaxşı yerlərdə olmalıyıq. Futbolçulara deyirəm ki, siz dah yaxşılarına layiqsiz.


- Ötən turda avtoqol edən Kurdiçlə danışdız?
- Heç Kurdiçlə qolun analizi barədə heç söhbət etməmişik. Bu oyun da lazım olan motivasiyanə vermişəm. Böyük qardaş kimi dedim ki, hər şey qaydasındadır. Kim istəyər ki, o səhvi etsin? Dedim ki, komandaya lazımsan. Futbolçunun hansısa səhvə görə getmək doğru deyil. Onsuzda, futbolçu kasadlığı var. Kimisə qırmaq bizim fəlsəfəmizə uyğun deyil. Nöqtəni qoya biləcək futbolçumuz var. Orxan Əliyev də işləyir. Alınmır. Allah qoysa, alınar. Hücum xəttinə legioner gətirə bilərik. Heç kim öz yaxşı futbolçusunu bizə verməyəcək. 


- İqor və Kurdiç sizi razı salır?
- İqorla Zamiqi müqayisə edəndə, İqor ondan bir balaca yaxşıdır deyə, oynayır. Amma Zamiq də oynayacaq. Arxa müdafiəçi Kadirinin yeridir. Mohammad Kadirinin yaxşı zərbələri var.


- Hakimlikdən etirazınız var idi?
- Emosiyalar qapılırıq. Onlar da maksimumu edirlər. Heç kim hakimlikdən şikayət etməmişəm. Hamımız səhv edə bilərik. Hakimlərə də meydanda, meydandan kənar dəstəyimiz lazımdır.


- Üçüncü yer uğrunda mübarizə gedir. Qışa üçüncü yerdə getmək nə dərəcədə motivasiya edəcək?
-Yuxarıda olmaq istəyirik. Hər xal da bizim üçün qənimətdir. Şansımız güdürük ki, yuxarı çıxaq. “Sabah”la oynayacağıq. Mənim üçün Azərbaycanda üç klubdan biridir. Çalışacağıq ki, yuxarılarda olaq. Allah qoysa, orada olarıq. 


- Adınız Millinin baş məşqçi postu üçün hallanır. Təklif gəlsə, necə olar?
- Bilmirəm, təklif gələr ya, gəlməz müzakirə mövzusu deyil. Məncə, bir məşqçi bir yerdə çalışmalıdır. Beyin bir yer üçün çatır. Millidə işləyən hər şəxs bacardığını maksimum ora qoymalıdır. Təklif yoxdur, danışmağafəyməz. Təklif olsa, “Araz-Naxçaıvan”ı buraxmalısan.


- Bəzən mətbuatda yazılır ki, uğursuz nəticədən sonra gedə bilərsiz postunuzdan. Özünüz psixoloji olaraq necə hazırlayırsız özünüzü?
- Fikir vermirəm. Mediada yazılan “Azər gedəcək” məsələlələr. Getməkdən heç vaxt qorxmamışam. Rəhbərlik qərar verir. İş barəsində sıxıntım yoxdur.

0