FİFA milli komandaların 2022-ci ildəki son reytinq siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, hesabat dövrünə təsadüf edən DÇ-2022, həmçinin yoldaşlıq oyunları müəyyən dəyişikliklərə səbəb olub.
Bu, Azərbaycan millisindən də yan ötməyib. Canni de Byazinin baş məşqçisi olduğu komanda 1151,82 xalla dünya sıralamasında 121-ci pillədə qərarlaşıb.
Yığmamız ötən reytinqlə müqayisədə 5,10 xal qazanaraq 2 addım irəliləyib. Yoldaşlıq oyunlarında Moldova (2:1) və Şimali Makedoniyaya (3:1) qalib gələn millimiz iki komandanı keçib.
Qardaş Türkiyə yığması 1465,38 xalla 44-cüdür. “Ay-ulduzlular” da bir pillə irəliləyib.
Qeyd edək ki, Braziliya 1-ci sıradakı yerini qoruyub – 1840,77. Dünya çempionu Argentina (1838,38) və vitse-çempionu Fransa (1823,39) hərəyə bir pillə irəliləyərək Belçikanı ilk “üçlük”dən sıxışdırıb.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir